“Neftçi” adına layiq oyun oldu”

Azərbaycan Premyer Liqasının XXXIV çərçivəsində keçirilən “Neftçi” – “Kəpəz” matçından sonra meydan sahibi komandanın məşqçisi Saşa Petroviç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– İlk hissədə yaxşı çıxış etdik, ikinci hissədə lap yaxşı oyun oldu. Oyunçular xarakter göstərdi. İlk qoldan sonra “Neftçi” adına layiq oyun oldu.

– Qeyd etdiniz ki, oyunçular bu gün xarakter göstərdi. Keçən oyunda məğlub oldunuz. Onda niyə xarakter göstərmək olmazdı?
– Çətin sualdır. “Qarabağ” bizdən daha yaxşı komandadır. Son 4 aydır burada çalışırıq. İndi irəli baxmalıyıq. Bilirik hansı istiqamətdə işləməliyik. Məncə “Qarabağ”la oyunu unudub, gələcəyə baxmaq lazımdır.

– Bojoviçin yeri nə dərəcədə görünürdü?
– Məşqçinin olmamağı təbii bir şeydir. Hər şey qaydasındadır. Nəticə bunun göstəricisidir.

– Emin Mahmudov növbəti oyunlarda olacaq?
– Emini olmamağı çatışmazlıqdır. Bu sual baş məşqçiyə ünvanlanmalıdır. Bizi vacib iki oyun gözləyir. Onda qərar veriləcək.

– “Neftçi”nin neçə faizini dəyişmək lazımdır ki, “Qarabağ”a qarşı yaxşı çıxış edə bilsin?
– Çətin sualdır. İnanırıq ki, qalsaq, komanda güclənəcək. Qış transfer pəncərəsində oyunçu cəlb etmək çətin olur. Yayda inanıram ki, yaxşı olacaq. Gələcəyə nikbin baxıram. Yens Andersonn bu yöndə işlərə başlayıb.

– Melanonun çıxışı nə dərəcədə qane etdi?
– Az oldu meydanda. Məşqlərdə ciddi şəkildə çıxış edir. Ona görə meydana buraxmaq lazımdır.

– Sosial şəbəkələrdə yazırlar ki, komanda avrokuboklara getməsə daha yaxşı olar. Avrokuboklara vəsiqə qazansanız, qısa müddətə normal heyət formalaşdırmaq olacaq?
– Məncə bacaracağıq. Avrokuboklarda çıxış təcrübə deməkdir. Hər oyundan sonra daha yaxşı çıxış etməyə çalışırıq.

– Digər komandaların avrokubok şanslarını nə qədər qiymətləndirirsiniz?
– Ancaq öz komandamı düşünürəm. Digər rəqiblər barədə fikirləşmirəm.

Məlik Məlikov