AFFA İcraiyyə Komitəsinin son toplantısında Premyer Liqada komanda sayının artırılmaması və legioner limitinin dəyişdirilməməsi qərara alındı.
Azərbaycan yığmasının keçmiş qapıçısı Hüseyn Məhəmmədov “FutbolPress“ə açıqlamasında qərarla bağlı fikirlərini bölüşdü:
“Açığı, idman prinsiplərinin qorunması müsbət haldır. Uzunmüddət çəkən iclas oldu və yekunda düzgün qərarlar verildi. Prinsiplərin pozulması rəqabətə pis təsir edir. Mövsümün əvvəlindən bu haqda çox deyildi və AFFA da bu qərarda qəti idi”.
Məhəmmədov “Qəbələ”nin aşağı liqaya düşməsindən söz açdı:
“Qəbələ”nin başına gələn digər komandalara da ola bilər. Onların yaxşı infrastrukturuna toxunuruq. Ancaq indiki məqamda idman prinsiplərinin pozulması düzgün deyil. Ümid edirəm ki, AFFA rəhbərliyi növbəti görüşlərdə də doğru qərar verər. Kiminsə elitanı tərk etməməsi klubları rahatlaşdıra bilərdi. Buna görə idman prinsiplərini qorunması mühüm idi”.
Şahin Cəfərov