PSJ-nin futbolçusu “Aston Villa”nın “radarında”

PSJ-nin yarımmüdafiəçisi Karlos Soler “Aston Villa”ya keçə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “L’Equipe” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, tərəflər arasında danışıqlar davam edir və futbolçu özü də bu transferə razıdır.

Yarımmüdafiəçi bu mövsüm 32 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.