Bu gün:


FutbolPress.Az | Dəniz Yılmaz qol vursa da...

Dəniz Yılmaz qol vursa da...


oxunma sayı: 46 Paylaş:

FutbolPressTürkiyə Super Liqasında 25-ci turun oyunları keçirilib.

Azərbaycan millisinin üzvü Dəniz Yılmazın formasını geyindiyi "Bursaspor" doğma meydanda "Alanyaspor"u qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Dəniz matça start heyətdə başlayıb və sonadək meydanda olub. O, 45-ci dəqiqədə penaltidən fərqlənməklə komandasının yeganə qolunun müəllifi olub.

25 turdan sonra 32 xalı olan "Bursaspor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


oxunma sayı: 46 | Paylaş: