Braziliya millisinin hücumçusu “Əl Hilal”ın “radarında”

“Tottenhem”in və Braziliya millisinin hücumçusu Rişarlison karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. “Əl Hilal” 27 yaşlı forvardın xidmətində maraqlıdır. Klub yayda “Tottenhem”lə danışıqlara başlaya bilər.

Rişarlison bu mövsüm 31 oyunda 12 qol vurub.