PSV icarə əsasında komandada çıxış edən Malik Tillmanın transfer hüquqlarını alıb.
Futbolpress.az xəbər verir ki, Niderland təmsilçisi yarımmüdafiəçi üçün “Bavariya”ya 12 milyon avro ödəyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tillman mövsümün əvvəlindən PSV-də icarədə idi. O, Niderland klubunda 37 oyunda 9 qol vurub, 15 məhsuldar ötürmə edib.