“Vinisius “Qızıl top”u qazanmağa çox yaxındır”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Vinisius Juniorun “Qızıl top”u qazanmaq şanslarını dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Vinisiusun buna yaxın olduğunu qeyd edib:

Vinisius “Qızıl top”u qazanmağa çox yaxındır. O, çox peşəkardır, əldə etdiyi hər şeyə layiqdir. Vinisius dünyanın ən yaxşı oyunçularından biridir. O, Çempionlar Liqasının finalına yüksəlməyimizə və La Liqanı qazanmağımıza kömək etdi”.

Braziliyalı futbolçu bu mövsüm 38 matçda 21 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.