Rəqibinə zərbə vuran futbolçunun cəzası bilindi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar verilib.

06.05.2024-cü il tarixində II Liqada XXIV turun “Qusar” – “Baku Sportinq” oyununun 85-ci dəqiqəsində “Qusar” klubunun 15 nömrəli futbolçusu Firudin Ağalarov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qusar” klubu 50 manat cərimə edilir (maddə 36.5);

06.05.2024-cü il tarixində II Liqada XXIV turun “Kürmük Qax” – “Şəmkir” oyununun 29-cu dəqiqəsində “Kürmük Qax” klubunun 9 nömrəli futbolçusu Nail Təhməzli təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Kürmük Qax” klubu 300 manat cərimə edilir (maddə 40.3);

07.05.2024-cü il tarixində II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 63-cü dəqiqəsində “Şəfa” klubunun 44 nömrəli futbolçusu Ramiz Qasımov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şəfa” klubu 50 manat cərimə edilir (maddə 36.5);

07.05.2024-cü il tarixində II Liqada XXIV turun “Göygöl” – “Füzuli” oyununda “Göygöl” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” klubu 70 manat cərimə edilir (maddə 37);

07.05.2024-cü il tarixində II Liqada XXIV turun “Göygöl” – “Füzuli” oyunu “Füzuli” klubunun formasında qüsurlar olması səbəbindən 7 dəqiqə gec başladığına görə “Füzuli” klubu 80 manat cərimə edilir (maddə 75.6).