Bu gün:


FutbolPress.Az | Dmitri Nazarov Premyer Liqa klubunda?

Dmitri Nazarov Premyer Liqa klubunda?


oxunma sayı: 805 Paylaş:

FutbolPressAzərbaycan millisinin və Almaniyanln "Aue" klubunun üzvü Dmitri Nazarovun adı Moskva "Lokomotiv"i ilə birgə hallanır.

Yarımmüdafiəçinin bu kluba keçib-keçməməsi barədə yayılan məlumatlara komandanın baş məşqçisi Yuri Syomin münasibət bildirib. O, bu xəbərləri təkzib edib:

"Birinci dəfədir bu barədə eşidirəm. Məlumat həqiqətə uyğun deyil".

Bundan əvvəl Azərbaycan futbolçusunun kluba trasferinin rusiyalı mütəxəssis tərəfindən təsdiq edildiyi iddia olunurdu.

Nazarov cari mövsümdə Almaniyanın II Bundesliqasında keçirdiyi 26 oyuna 9 qol vurub.


oxunma sayı: 805 | Paylaş: