“Sumqayıt” rəsmisinə 5 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Azərbaycan Əvəzedicilər Liqasının XXXIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz-2” – “Sumqayıt-2” oyununun 70-ci dəqiqəsində “Sumqayıt-2” komandasının inzibatçısı Elnur Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, “Sumqayıt-2” komandası 400 manat cərimə edilir (maddə 43.4);

“Qarabağ-2” – “Neftçi-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37);

“Səbail-2” – “Qəbələ-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37).