Modriç 2 kluba “yox” dedi

“Real”ın futbolçusu Luka Mordiç iki klubdan gələn transfer təklifindən imtina edib.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Qeyd olunub ki, xorvatiyalı futbolçu hələ də Madrid təmsilçisi ilə yeni müqavilə imzalanacağına ümid bəsləyir.

Yarımmüdafiəçi “Real”la yeni sözləşmə imzalamasa, mövsümün sonunda azad agent olacaq.

Daha əvvəl yayılan məlumata görə Modriç yeni müqavilə qarşılığında maaşının azaldılmasına razı olduğunu bildirmişdi.

38 yaşlı futbolçu bu mövsüm 43 oyunda 2 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.