“Mançester Siti” ardıcıl 4-cü dəfə İngiltərə Premyer Liqasının çempionu olub.
Futbolpress.az xəbər verir ki, “şəhərlilər” son turda “Vest Hem”i 4:1 hesabı ilə məğlub edib.
Bununla da Qvardiolanın komandası ən yaxın izləyicisi “Arsenal”ı 2 xal qabaqlayaraq qızıl medallara sahib olublar.
Bu “Mançester Siti”nin ümumilikdə 10-cu çempionluğudur.