“Qəbələ”nin düşdüyü situasiya daha önəmlidir, nəinki mənim vəziyyətim”

“Qəbələ” Premyer Liqada 14 turdan sonra qələbə qazanıb. “Qırmızı-qaralar” 33-cü turda “Səbail”i məğlub edib – 3:2. Elitada sonuncu olacağı dəqiqləşən “Qəbələ”nin futbolçusu Bilel Auaşeriya “FutbolPress“ə açıqlamasında qələbəni şərh etdi:

“Bu qələbəni çoxdan arzulayırdıq. Elitada sonuncu olsaq da, bu forma, bu komanda üçün sona qədər mübarizə aparacağıq. Formal oyunlar olsa da, “Qəbələ” adı üçün döyüşəcəyik.Təzyiq olmadan peşəkar futbol oynamağın mənası yoxdur. Futbolçular da əllərindən gələni etməlidir. Bu qələbə psixoloji komandaya müsbət təsir edəcək. Hər oyunda bacardıqlarımızı göstərməliyik”.

Auaşeriya komandadakı taleyi haqqında da fikirlərini bölüşdü:

“Mövsümün sonuna hələ var. Necə olacağı bəlli deyil. İndiki durumda “Qəbələ”nin düşdüyü situasiya daha önəmlidir, nəinki mənim vəziyyətim”.

Fransalı futbolçu Azərbaycandakı ilk mövsümünü də dəyərləndirdi:

“Azərbaycanda ilk mövsümümdə bəzi bacarıqlarımı göstərə bildim. Düşünürəm ki, daha yaxşısını edə bilərəm. Lakin komanda sonuncu olanda yaxşı oynadım deyə bilmirsən. Hər futbolçunun nəticələrdə məsuliyyəti var və hamı üzərinə düşəni etməlidir”.

Şahin Cəfərov