“Real” heç vaxt ölməz” – Bellingem

“Real”ın futbolçusu Cud Bellingem Çempionlar Liqasında “Bavariya”nı məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, ingilis yarımmüdafiəçi 2:1 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“Real” heç vaxt ölməz. Paltardəyişmə otağında komandanın 14-cü çempionluğu necə qazandığı danışılırdı, indi növbə 15-dədir. Madriddə heç kimə rahatlıq yoxdur. Bu qədər çox oyunda geridönüş etməyimizin səbəbi var, o da azarkeşlər. Onların bizə verdiyi enerjini heç nədən ala bilmirik. “Uembli”də sabiq komandam “Borussiya”ya qarşı final oyanayacağıq. Qəribədir, inana bilmirəm. Birmingemdə yaşayanda belə şeylərin xəyalını qururdum”.