“Hamımız bilirik ki, Mbappe PSJ-dən ayrılacaq”

Fransalı keçmiş hücumçu Tyerri Anri PSJ-nin futbolçusu Kilian Mbappenin “Real”a mümkün keçidi haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, həmyerlisinin Paris klubundan ayrılacağını bildirib:

“Hamımız bilirik ki, Mbappe PSJ-dən ayrılacaq. Yeni ünvanı da bəllidir”.

Mbappenin yeni mövsümdən “Real”da forma geyinəcəyi gözlənilir.