“Başım dik ayrılıram” – Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa Liqa 1-də mövsümün ən yaxşı oyunçusu seçilib.

Futbolpress.az xəbər verir ki, titulu beşinci dəfə qazanan forvard sosial şəbəkə hesabında mükafatlandırılmasıyla bağlı bunları deyib:

“Bütün bu illər ərzində göstərilən sevgiyə görə hər kəsə minnətdaram. Bu klubda keçirdiyim xüsusi anları unutmayacağam. PSJ mənim daha yaxşı olmağıma imkan verdi. Hər kəsə təşəkkür edirəm. Başım dik ayrılıram, heç vaxt sizləri unutmayacağam”.

Mbappe mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlayıb.