Bu gün:


FutbolPress.Az | Reynaldo Azərbaycana qayıdır?

Reynaldo Azərbaycana qayıdır?


oxunma sayı: 1083 Paylaş:

FutbolPressİlin əvvəlində "Qarabağ"dan ayrılan Reynaldo hələ də Azərbaycanı unuda bilmir.

"Sambaçı" tez-tez sosial şəbəkələrdəki paylaşımları ilə bunu büruzə verir. Hazırda "Adanaspor"da çıxış edən forvard bu dəfə "İnstagram" profilində "I Love Azerbaijan" yazısını və ölkəmizin bayrağını paylaşıb.

Hazırkı komandası aşağı liqaya Reynaldo, deyəsən, orda çox qalmayacaq. Belə paylaşımlar həm də onu deməyə əsas verir ki, braziliyalı hücumçu yenidən Azərbaycana qayıtmaqda maraqlıdır.

Yayılan son xəbərlər də bunu göstərir. Oyunçunun aşağı liqaya yuvarlanan "Adanaspor"dan ayrılacağı gözlənilir. Onun karyerasını Azərbaycanda, yaxud Türkiyənin digər klublarının birində davam etdirəcəyi deyilir.

Reynaldo 2013-2017-ci illərdə "Qarabağ"da forma geyinib. 



oxunma sayı: 1083 | Paylaş: