Stadnik yarımfinalda

Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçirilir.

Futbolpress.az xəbər verir ki, yarışın ikinci günündə qadın döşək sahibləri mübarizəyə başlayıb.

Lisenziya uğrunda mübarizə aparan Azərbaycanın 5 qadın güləşçisindən yalnız 1-i mübarizəyə davam edir.

Belə ki, 50 kq-da mübarizə aparan Mariya Stadnik yarışa 1/8 finaldan başlayıb. O, ilk qarşılaşmasında Menq Hsiehə (Çin Taypeyi) tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Stadnik bu mərhələdə Violetta Çirikini (AİN) tam üstünlüklə (11:0) məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Yarımfinal görüşləri Bakı vaxtı ilə 19:00-da başlayacaq. İlk üç yeri tutan güləşçilər Olimpiya Oyunlarına vəsiqə qazanır.