“Sabah” ilk finalçı oldu

Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub.

Futbolpress.az xəbər verir ki, pley-offun yarımfinal mərhələsində, “Xırdalan” və “Sabah” komandaları seriyanın 2-ci oyununa çıxıblar.

Oyunun əvvələrindən bərabər şəkildə davam edən mübarizə, yekunda “Sabah” klubunun 81-62 hesablı qələbəsi ilə bitib.

Bu qələbə ilə “Sabah” seriyada 2-0 hesablı qalibiyyət əldə edib və ilk finalçı olub.