Bu gün:


FutbolPress.Az | "Duqopolye"yə Elnur Cəfərov da kömək edə bilmədi

"Duqopolye"yə Elnur Cəfərov da kömək edə bilmədi


oxunma sayı: 303 Paylaş:

FutbolPressXorvatiya ikinci liqasında mövsümün sonuncu - 22-ci turunun oyunları keçirilib.

Azərbaycanlı futbolçu Elnur Cəfərovun formasını geyindiyi "Duqopolye" səfərdə "İmotski" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Elnur matçın 60-cı dəqiqəsində meydana çıxıb, 79-cu dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.

"Duqopolye" mövsümü 31 xalla 12 klub arasında 7-ci pillədə tamamlayıb.


oxunma sayı: 303 | Paylaş: