Simeonedən iki rekord

“Atletiko” La Liqanın 35-ci turunda “Selta”nı məğlub edib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi Dieqo Simeonenin rəhbərliyi altında ümumilikdə 976 xal toplayıb. Bu, klub tarixinin rekord göstəricisidir.

Buna qədər rekordçu keçmiş baş məşqçi Luis Araqones idi. O, “Atletiko”da 973 xal toplamışdı.

“Selta” qalibiyyəti həm də Simeonenin komandada 400-cü qələbəsi olub. O, bir komanda ilə bu saya çatan birinci ispan məşqçi olub.

“Atletiko” La Liqada 30 xalla 4-cü sıradadır.