Bu gün:


FutbolPress.Az | "İngilis klubları ona görə uğur qazana bilmir ki..."

"İngilis klubları ona görə uğur qazana bilmir ki..."


oxunma sayı: 49 Paylaş:

FutbolPress"Mançester Yunayted"in əfsanəvi futbolçusu Rayan Giqqs İngiltərə klublarının Çempionlar Liqasında uğursuz çıxışından danışıb.

"The Telegraph"a açıqlama verən sabiq futbolçu klubların oyunçu keyfiyyətinə görə ÇL-dən xeyli aşağı səviyyədə olduğunu bildirib:

"Premyer Liqa klubları əvvəlki oyunçu keyfiyyətinə sahib deyil. 2005-2012-ci illərdəki heyətləri görə bilmirik. Builki heyətlərə baxanda Serxio Aquero və Aleksis Sançesdən başqa Çempionlar Liqası səviyyəsində oyunçu yoxdu".

O, "Lester"in 1/4 finala vəsiqə qazanmasının möcüzə olduğunu deyib:

"Barselona", "Real" və "Bavariya" kimi klubların arasında yer almaları möcüzəvidi. Amma istənilən halda bu turniri qazanmağınız üçün ən azı 3 dünya səviyyəli oyunçunuz olmalıdı. İndiki məqamda nə "Lester"də, nə də dgər hansısa ingilis klubunda bunu görürəm".


oxunma sayı: 49 | Paylaş: