II Liqa: “Baku Sportinq”i çempionluqdan bir oyun ayırır

Azərbaycan II Liqasında XXIV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, lider “Baku Sportinq” növbəti qələbəsini qazanıb və ən yaxın izləyicisi “Füzuli” ilə xal fərqini 5 edib.

Elman Sultanovun rəhbərlik etdiyi kollektiv növbəti turda “Dinamo”nu qəbul edəcək. “Baku Sportinq” görüşdə qələbə qazanacağı halda, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcək.

Reqlamentə əsasən, II Liqanın qalibi növbəti mövsüm I Liqada mübarizə aparmalıdır.