Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək

Azərbaycan milli komandasının beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, millimiz iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda Qazaxıstan kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.