Bu gün:


FutbolPress.Az | Vitali Borisov: "Standart vəziyyətlərdən qol buraxmaq bizim zəif yerimizdi" (MÜSAHİBƏ)

Vitali Borisov: "Standart vəziyyətlərdən qol buraxmaq bizim zəif yerimizdi" (MÜSAHİBƏ)


oxunma sayı: 554 Paylaş:

FutbolPressAzərbaycan millisi futzal üzrə dünya çempionatının final mərhələsində üçüncü oyununu keçirib. Yığma komandanın budəfəki rəqibi İran seçməsi olub. Millimiz  Asiya çempionu ilə heç-heçə edib – 3:3. Bu nəticə Azərbaycan millisinə 1/8 finala vəsiqə qazanmaq üçün yetərli olub.
 
Oyndan sonra millinin üzvü Vitali Borisov futbolpress.az-ın sualların cavablandırıb.
 
- Oyunla bağlı fikirləriniz?
Oyun çox çətin keçdi, gərgin keçdi deyərdim. Əvvəlcə oyunumuz fikirləşdiyimiz kimi alınmırdı. İki dəfə hesabda geri düşdük. Yaxşı ki, standart vəziyyətlərdən istifadə edib hesabı bərabərləşdirə bildik. Üçüncü qolu vurub qabağa keçəndə üstünlük bizim tərəfimizə keçdi, amma, yenə də 4 dəqiqə qalmış qol buraxıdıq və sonluq çox gərgin keçdi.
 
- Əslində, iki fərqli hissə oldu. İlk hissədə sanki komanda yatmışdı, ayıla bilmirdi...
- Bəlkə yorğunluq var idi, bəlkə qol buraxdığımıza görə bu psixoloji təsir edirdi bizə. Yəqin ki, buna görə ilk hissədə oyunumuz alınmadı. İkinci hissədə xeyli sakitləşdik.
 
- Özün də dedin, hər dəfə hesabda geri düşürdük. Müdafiədə niyə belə boşluqlar olurdu?
- Oxşar qollar buraxdıq, ikinci qolda da yenə hava ötürməsi və qol. Bunun üzərində işləyirik, ancaq yenə də qol buraxırıq. Standart vəziyyətlərdən qol buraxmaq bizim zəif yerimizdi. Ancaq buna görə.
 
- Hesab 3:3 olandan sonra nə düşünürdüz?
- 3:3 olanda bildik ki, axırıncı dəqiqələr çox gərgin olacaq. Bu, onlara sərf eləmirdi. Ona görə oynayan qapıçı çıxartdılar. 4:5-ə yaxşı oynadıq. Onlar cəmi bir-iki imkan yarada bildilər. Yaxşı müdafiə olunduq və bizə lazım olan nəticəni qazandıq.
 
- Püşk irəliləmək üçün yaxşı imkan yaradır. Tailanda İtaliya, Brzailiyaya nisbətdə zəif rəqibdi. Onların oyununu izləmisiz?
- Əlbəttə, Tailand bir az zəif rəqibdi, amma demək olmaz ki, çox asan rəqibdi. Görürsüz ki, hamı vuruşur. Mərakeş İspaniyaya 4:3 uduzur. Hamı oynaya bilir. Tailandı da izləmişik, taktiki çox güclüdülər. Səhv eləmirəmsə, ispaniyalı məşqçiləri var. Hiss olunur ki, komandada çox iş görüb. Həm də Asiya komandalarının həmişə oyun intizamı yüksək olur. Əsgər kimidilər, məşqçi nə deyir onu edirlər. Ona görə çox çətin və maraqlı oyun bizi gözləyir.
 
- Şanslar?
- Şanslar 50:50-ədi. Oyun başlamamış bütün şanslar belədi.
 
- Yarımfinala qədər irəliləmək mümkündürmü?
- Onu fikirləşmirik. Fikirləşirik ki, 1/8-i keçək. 1/8-i keçəndən sonra, səhv eləmirəmsə, rəqibimiz Portuqaliya düşür. Onlarla çox oynamışıq. Uduzmuşuq da, udmuşuq da. Ona görə çətin rəqib bizi gözləyir. Hələlik 1/8 finalı keçməyi fikirləşirik.
 
- Maraqlıdı, yığma 2010-cu ildə Avropa çempionatında debüt edəndə dördlüyə düşdü. Bu dəfə də alına bilərmi?
- Elə mən də onu fikirləşirdim. Orda yarımfinala qədər yüksəlmişdik. Düzdü, sonda 4-cü olduq. Yenə də deyirəm, Tailandı keçsək, Portuqaliya, o komanda ilə də oynamaq olar. Əsas 22-i olacaq oyunu fikirləşək, uğurlu nəticə qazanmağa çalışaq.

Elçin Cəlilov
 
* Məqalə AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb


oxunma sayı: 554 | Paylaş: