“Tottenhem” 31 yaşlı futbolçusunu satışa çıxarır

“Tottenhem” mövsümün sonunda Ben Devis üçün transfer təkliflərini nəzərdən keçirəcək.

Futbolpress.az xəbər verir ki, 2014-cü ildən “Tottenhem”də çıxış edən Devisin çıxışı rəhbərliyi qane etmir.

Uelsli bu futbolçu komandada ümumilikdə 330 oyun keçirib.

“Transfermarkt” portalı Devisi 12 milyon avro dəyərində qiymətləndirir.