“Qalatasaray”ı seçdi, “Çelsi”yə qayıtmayacaq

“Qalatasaray” icarə əsasında komandada çıxış edən Hakim Ziyexin transfer hüquqlarını alacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Cim-bom” mərakeşli oyunçu və müqavilə ilə məxsus olduğu “Çelsi” ilə anlaşıb.

31 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlindən “Qalatasaray”da çıxış edir. O, Super Liqada 16 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.