“Qalatasaray” təklif gözləyir

“Qalatasaray” futbolçusu Vilfrid Zahanı satmaq istəyir.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi Fil Dişi Sahilindən olan vingerlə yollarını ayırmağı planlaşdırır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Qalatasaray” Zaha üçün yayda gələcək təklifləri dəyərləndirəcək.

31 yaşlı vinger bu mövsüm 27 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.