“Mançester Yunayted” Qrinvuda qiymət qoydu

“Mançester Yunayted” futbolçusu Meyson Qrinvuda təzminat məbləği qoyub.

Futbolpress.az xəbər verir ki, icarə əsasında “Xetafe”də çıxış edən oyunçunu komandasında görmək istəyən kollektiv 50 milyon avrosundan keçməlidir.

Qrinvudun xidmətində “Yuventus”, “Atletiko” və “Barselona” kimi komandalar maraqlıdır.

22 yaşlı futbolçu bu mövsüm 8 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.