Dünya Olimpiya Təsnifat turniri: Azərbaycan güləşçilərinin rəqibləri bilindi

Sabah İstanbulda güləş üzrə Dünya Olimpiya Təsnifat turniri start götürəcək.

Futbolpress.az xəbər verir ki, olimpiadaya lisenziya xarakteri daşıyan son yarışın püşkatma mərasimi bu gün keçirilib.

Yunan-Roma və qadın güləşi üzrə milli komanda üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Yunan-Roma güləşi

60 kq
Təsnifat mərhələsi

Murad Məmmədov – Aleksandrs Yurkyans (Latviya)

87 kq
Təsnifat mərhələsi

Rafiq Hüseynov – İlyas Paqkalidis (Yunanıstan)

97 kq
Təsnifat mərhələsi

Murad Əhmədiyev – Riçard Karelson (Estoniya)

130 kq
Təsnifat mərhələsi

Sabah Şəriəti – Nikolaos Ntunyas (Yunanıstan)

Qadın güləşi

50 kq
1/8 final

Mariya Stadnik – Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya)

53 kq

Təsnifat mərhələsi
Gültəkin Şirinova – Laura Avila (Kuba)

57 kq
Təsnifat mərhələsi

Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)

62 kq
Təsnifat mərhələsi

Ruzanna Məmmədova – Anastasiya Qriqoryeva (Latviya)

68 kq
Təsnifat mərhələsi

Elis Manolova – Nikol Parrado (Kolumbiya)