“COP29-un keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq”

Bolqarıstan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsində Azərbaycana dəstək verməyə hazırdır.

Futbolpress.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib:

“Mən Prezidenti 7 ildən artıqdır ki, tanıyıram. Xüsusi vurğulamaq lazımdır ki, onun cəsarətli qərarları nəticəsində Azərbaycan dinamik şəkildə inkişaf edir və bu məsələdə “yaşıl enerji”nin inkişafı mühüm rol oynayır. COP29-un Azərbaycanda keçirilməsinə çox şadıq və dəstək verməyə hazırıq”.

Onun sözlərinə görə, Azərbaycanın Cənubi Qafqaz regionunda lider kimi rolu davam edəcək.

Prezident qeyd edib ki, Bolqarıstan ətraf mühitin mühafizəsi sahəsində təşəbbüslər irəli sürür.