“Ümid edirəm ki, Bavariya” “Borussiya”dan nümunə götürər”

Almaniyanın sabiq futbolçusu Miroslav Kloze Dortmund “Borussiya”sının Çempionlar Liqasının finalına yüksəlməsini şərh edib.

Futbolpress.az xəbər verir ki, o, “Bavariya”nın da finala çıxmasını arzu edib.

“Hər bir futbolçu yaxşı oyun göstərdi. Şadam ki, Almaniya klubu finala yüksəldi. Ümid edirəm ki, “Bavariya” “Borussiya”dan nümunə götürər”.

“Borussiya” yarımfinalda PSJ-ni məğlub edib. Yarımfinalın ikinci cütündə “Real” “Bavariya”nı qəbul edəcək.