Azərbaycanda yeni idman bölməsi yaradıldı

Azərbaycanda körlinq idman bölməsinin açılışı olub.

Futbolpress.az xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında baş tutan açılışda kompleksin direktoru Fikrət Hüseynov, “Ocaq Sport” İdarə Heyətinin sədri Vəfa Bəkərova və Türkiyədən dəvət olunan mütəxəssis Ahmet Alperen Tunqa iştirak ediblər.

Vəfa Bəkərova bildirib ki, Körlinq idman növünü “Ocaq Sport”un nazdinə daxil edilib.

Həmçinin Türkiyədən baş məşqçi dəvət edilib.