“Arxayınlaşmaq olmaz” – “Sabah”ın baş məşqçisi

“Sabah”ın basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis “Xırdalan”la oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 101:85 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:

“Oyuna yaxşı başladıq. Təmkinli oynayaraq görüşün gedişatına tam nəzarət etdik. Səhvlərimiz olsa da, basketbolçularımızın oyuna yaxşı köklənməsi, qələbə istəyi məni razı saldı. Lakin hələ heç nə bitməyib. İlk oyunda qazanılan qələbə bəzən aldadıcı ola bilər. Bəlkə də bu fərqlə qələbə qazanmağımız yaxşı olmadı. Arxayınlaşmaq olmaz. “Xırdalan” seriyanı üçüncü oyuna aparmaq üçün əlindən gələni edəcək. Amma biz də bu təzyiqə hazır olmalıyıq”.