Bu gün:


FutbolPress.Az | Riberi Şeydayevin komandası ilə razılığa gəldi

Riberi Şeydayevin komandası ilə razılığa gəldi


oxunma sayı: 857 Paylaş:

FutbolPressNövbəti mövsüm çempionluq üçün heyətində ciddi dəyişikliklər etməyə hazırlaşan Türkiyənin "Trabzonspor" klubu Almaniya nəhəngi "Bavariya"nın futbolçusu Frank Riberini transfer etməyə hazırlaşır.

Bu barədə "Milliyyet" məlumat yayıb. Bildirilib ki, ötən ay Almaniyaya yollanan "Trabzonspor"un prezidenti Muharrem Usta futbolçu və onun meneceri Alain Miqnaçio ilə görüşərək ilkin razılıq əldə edib. Riberi ilə razılığa gələn klub prezidenti "Bavariya"ya rəsmi təklif də göndərib.

Münhen təmsilçisi futbolçunu 8 milyon avro qarşılığında satmaq niyyətindədir. Lakin "Trabzonspor" bu qiymətlə razılaşmır. Türklər Riberi üçün "Bavariya"ya 3.5 milyon avro ödəyəcəyini bildirib. Trabzon təmsilçisinə güzəştə gedən "Bavariya" bu qiyməti 5 milyon avroya endirib. Hazırda bu barədə danışıqlar davam edir.

Transferin reallaşacağı halda, "Trabzonspor" fransız futbolçuya illik 3 milyon avro ödəyəcək. Bu məbləğə futbolçunun alacağı bonuslar daxil deyil.

Riberinin Almaniya klubu ilə imzaladığı müqavilənin müddəti noyabrın 27-də bitəcək. Cari mövsüm "Bavariya"nın heyətində 31 oyun keçirən 33 yaşlı futbolçu 4 qol vurub.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayev də müqavilə ilə "Trabzonspor"a məxsusdur. O, gələn il iyun ayının 30-a qədər icarə əsasında Slovakiya "Jilina"sının şərəfini qoruyacaq.


oxunma sayı: 857 | Paylaş: