Xavi: “Yamal seçilmiş oyunçudur”

“Barselona”nın baş məşqçisi Xavi komandanın oyunçusu Lamin Yamal haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 16 yaşlı vingerlə bağlı bunları deyib:

“Yamal seçilmiş biridir. Düzdür, hələ taktiki cəhətdən mükəmməl deyil. Amma bu, problem deyil. Çünki onun hələ 16 yaşı var. Bir il ərzində inanılmaz irəliləyiş əldə edib”.

Yamal bu mövsüm 34 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.