Bu gün:


FutbolPress.Az | "Qalatasaray"da portuqaliyalı baş məşqçi?

"Qalatasaray"da portuqaliyalı baş məşqçi?


oxunma sayı: 152 Paylaş:

FutbolPressTürkiyənin "Qalatasaray" klubu baş məşqçi İqor Tüdorla yollarını ayırmağa hazırlaşır. Buna mövsümün gedişində gətirilən xorvat çalışdırıcının gözləntiləri qarşılaya bilməməsi səbəb olub.

Artıq Tüdoru kimin əvəz edəcəyi də məlumdur. İddialara görə, İstanbul klubunu növbəti mövsümdən hazırda "Sportinq"in "sükan"ı arxasında olan Jorji Jezus çalışdıracaq.

Portuqaliyalı mütəxəssisin son illər "Benfika" və "Sportinq"lə uğurlar qazanması "sarı-qırmızı"ların diqqətini ona yönəldib.  


oxunma sayı: 152 | Paylaş: