Tanınmış futbolçu “Beşiktaş”a keçə bilər

“Atletiko”nun futbolçusu Memfis Depay “Beşiktaş”a keçə bilər.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi “Atletiko” tərəfi ilə ilkin danışıqlara başlayıb.

Hücumçu bu mövsüm Madrid klubunun heyətində 29 matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun “Atletiko” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.