“Barselona”nın və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan futbolçu karyerasını bitirdikdən sonra məşqçi olmaq istədiyini bildirib.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, o. Xabi Alonso və Xosep Qvardioladan bəhrələndiyini deyib:
“Oyunçuları ilə empatiya qura bilən, eyni zamanda futbol zəkasına malik məşqçi olmaq istəyirəm. Qvardiolanın zəkasından, Kloopun ciddiliyindən Tuxelin məzmunlu oyunundan, həmçinin Alonsonun getdiyi yoldan nümunə götürürəm”.
Alman futbolçunun “Barselona” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Bu mövsüm o, 36 matçda 5 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.