Bu gün:


FutbolPress.Az | Türkiyə klubundan mili üzvünə təklif

Türkiyə klubundan mili üzvünə təklif


oxunma sayı: 393 Paylaş:

FutbolPressTürkiyənin "Manisaspor" klubu Azərbaycan millisinin üzvü Ufuk Budakla əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Bu barədə Manisa təmsilçisinə yaxın mənbələr məlumat yayıb.

Bildirilib ki, komandaya mövsümün ikinci yarısında qoşulan sol cinah müdafiəçisinin çıxışı rəhbərliyi və məşqçilər korpusunu razı salıb. Buna görə də onlar mövsümün sonunda müqaviləsi başa çatacaq oyunçu ilə mümkün qədər tez razılığa gəlmək istəyirlər.

Ufukun komandada qalmasına olduqca böyük önəm verən rəhbərlikdən bu məsələ ilə birbaşa klub prezidenti Abdullah Mergen məşğul olur. Məsələ burasındadır ki, Budakın "Manisaspor"u tərk etmək ehtimalı var.

Ötən mövsüm həm Super Liqada, həm də I Liqada uğurlu çıxışla diqqət cəlb edən oyunçunu əldə saxlamaq komandada prioritet məsələyə çevrilib. Milli üzvü isə qərar verməkdə tələsmir. O, Manisa təmsilçisində özünü rahat hiss etsə də, daha yaxşı təkliflər olacağı halda getmək barədə düşünə bilər.

Ufuk Budak "Manisaspor"un heyətində meydana çıxdığı 13 oyunda bir qol vurub. O, ümumilikdə 1117 dəqiqə oynayıb.


oxunma sayı: 393 | Paylaş: