Bu gün:


FutbolPress.Az | Müşahidə Şurası və Vəli Qasımov (QEYD)

Müşahidə Şurası və Vəli Qasımov (QEYD)


oxunma sayı: 842 Paylaş:

FutbolPressBuyaxınlarda “Neftçi”nin Müşahidə Şurasının toplantısında müzakirə olunacaqlardan biri də baş məşqçi Vəli Qasımov olacaq. Rəsmi məlumat olmasa da, böyük ehtimal ki, belədir.

Kuluarlarda gəzən söhbətlərdən Qasımovun istefaya göndəriləcəyi fikirləri ana xətti təşkil edir. Baxaq, görək, belədirmi...

İri şriftlərlə sual cümləsi: səbəb nədir?

Bu nə məşqçidəyişməkbazlıqdı?

Samir Əliyev, Əsgər Abdullayevdən sonra Vəli Qasımov da göndərilərsə, guya nə dəyişəcək? Analitik qrup varmı, bunu proqnozlaşdırıb suallara cavab verə bilərlərmi? Yaxud MŞ elə qərar versə, məsuliyyətini izah eləyə bilərmi?

Məhdud heyətlə Avropa Liqasında mərhələ adlayan və ikinci etapda 0:0, 0:1-lik hesabla “Şkendiya”ya yenilən komandanın dərdi baş məşqçi postundadı ki?

Ümumiyyətlə, "Neftçi" niyə dərdli hesab edilməlidi? Hər klubun iqlim dəyişikliyi, enişi olur. İndiki rəhbərlik buna ətraflı izah verib, başını çoxlu yerli-yersiz suallarla ağrıtmaq istəmir, ancaq gəlin, bir az incələyək.

“Neftçi”nin AL-ə APL-in 6-cı pilləsindən getdiyini unutmayaq. OK, final oynayıblar, “Qarabağ”la son dəqiqəyədək gərgin mübarizə aparıblar və s. Ancaq bu detallar ona əsas vermir ki, AL-də ikinci etapdan məğlubiyyətə görə ayağa qalxıb, hətta linçləməyə cəhd edəsən.

Qasımov məhdud imkanlarla əlverişli taktiki cizgilər sərgilədi. “Baltsan”a evdəki məğlubiyyətin faciələşdirilməsi isə bir az normal görünmür. Bu komandanın hər nahiyəsində çatışmazlıq var; əvəzetmədən oyunçu daxil edib, oyuna təsir eləmək imkanı demək olar ki, yoxdur.

***               ***               ***

Transfer prosesinin niyə pinti getdiyini isə Qasımov belə cavablayır adətən: oyunçuları tək mən seçmirəm.

Bəli, sistem belədir ki, seçim məsələsində tam ixtiyar baş məşqçidə olmur. Ancaq bu məqam bəraət funksiyasını alanda bir az xoş görünmür. Nəticədə nəticələr pisdir. Hesab sormalı fiqur bir, ya iki olar; hər masada bir neçəsi yox.

***               ***               ***

“Neftçi”nin Müşahidə Şurası güman ki, Qasımova “dəyməyəcək”.  Əvvəla, Qasımovu ora bir az yuxarıdan təyin ediblər. Onun çox yaxşı yerlərdə dostları, qohumları bunu belə istəyib. İkincisi, adam  getmək fikrində deyil. Üçüncüsü isə komandaya ondan samballı biri gətirilməyəcəksə, dəyişikliyə ehtiyac yoxdur. Sambal məsələsi də əcnəbi mütəxəssisə işarədir ki, biz bunun baş verməyəcəyini ehtimal edə bilərik.

Necə?

Fikir verin, “Neftçi” transferlərdə ləngiməyinə ətraflı izah vermir/vermək istəmir. Çünki ayrılan illik büdcəyə maksimum qənaət eləyib, tikintisi gedən bazada işlərin sürətlənməsini istəyir. Doğru yanaşma...

Başqa bir ehtimalsa odur ki, əcnəbi mütəxəssis gəlib, azı 3 yeni və samballı transfer istəyəcək. Bu alaçiy heyətlə işləyən tapılmaz, tapılsa da, ondan nəticə çıxmaz. 

Beləliklə, nə Vəlinin MŞ tərəfdən postundan kənarlaşdırılması real görünür, nə klubun komandanı gücləndirmək təşəbbüsləri. Baza tikintisi prioritetdir və təkrarən vurğulayaq ki, neçə ildir gecikən prosesə bu cür yanaşma komandaya ediləcək yüklənmədən daha faydalı yanaşma sayıla bilər. 

Azarkeşlərsə daha bir mövsüm “Neftçi”nin beşiyini yırğalamalı olacaq...

Elçin


oxunma sayı: 842 | Paylaş: