Kubokda final günü

Bu gün futzal üzrə Azərbaycan kubokunun 2023/2024-cü il mövsümünün final oyunu keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Bakı İdman Sarayında start götürəcək görüşdə “Araz-Naxçıvan”la “Baku Fire” üz-üzə gələcək. Oyuna saat 14:00-da start veriləcək.

Qeyd edək ki, “Baku Fire” ölkə kubokunun ötənmövsümkü qalibidir, “Araz-Naxçıvan” isə 15 ildir bu titulu qazana bilmir.