“Sumqayıt” öz nəticəsini təkrarladı

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə 12-ci heç-heçəsini edib.

Futbolpress.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi bununla da öz rekordunu təkrarlayıb.

2015/16 mövsümündə də sumqayıtlılar 12 “sülh”ə imza atıb.

Ölkə çempionatları tarixinin rekordu isə 14-ə bərabərdir. Buna üç dəfə təsadüf olunub. “Neftçi” 2009/10, “Bakı” 2012/13, “Zirə” 2020/21 mövsümündə 14 dəfə bir xal qazanıb.

“Sumqayıt” XXXIII turun “Kəpəz”lə səfər görüşündə bərabərliklə kifayətlənib – 1:1.