Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” bu gün Albaniya çempionatında növbəti matçını keçirib.
Futbolpress.az xəbər verir ki, çempionatın XX turu çərçivəsində “Laçi” ilə qarşılaşan komanda 1:0 hesabla qalib gəlib. Görüşdə vurulan yeganə qolun müəllifi Soumayla Bakayoko olub. Futbolçu 90-cı dəqiqədə vurduğu qolla komandasına 3 xal qazandırıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Zamiq 90-cı dəqiqədə Redi Kasanın yerinə meydana daxil olub.
“Eqnatiya” 20 turdan sonra aktivindəki 33 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.