İspaniya La Liqasında XIX tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, turun yekun qarşılaşmasında “Real Sosyedad” “Vilyareal”dan üstün olub.
“Osasuna” ya qalib gələn “Atletiko” (Madrid) ardıcıl 14-cü qələbəsini qazanaraq yeni rekorduna imza atıb.
“Valyadolid” evdə, “Jirona” səfərdə minimal hesablı qələbə qazanıb. “İspanyol” – “Leqanes” və “Sevilya” – “Valensiya” matçlarında isə qalib müəyyənləşməyib.
Turun ilk günündə “Rayo Valyekano” evdə “Selta” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb.
İspaniya La Liqası
XIX Tur
11 yanvar
Rayo Valyekano – Selta 2:1
Qollar: A.Embarba, 5, De Frutos, 63 – B.İqlesiyas, 26
Alaves – Jirona 0:1
Qol: S.Romero, 90+1
Valyadolid – Betis 1:0
Qol: K.Perez, 58
İspanyol – Leqanes 1:1
Qollar: L.Kabrera, 2 – S.Cisse, 14
12 yanvar
Sevilya – Valensiya 1:1
Qollar: A.Pedrosa, 90+3 – L.Ryoxa, 61
Las Palmas – Xetafe 1:2
Qollar: A.Yanuzay, 88 – K.Qomez, 70, B.Mayoral, 86
Atletiko Madrid – Osasuna 1:0
Qol: X.Alvarez, 55
14 yanvar
Real Sosyedad – Vilyareal 1:0
Qol: T.Kubo, 51