A Seriyasında sürpriz nəticə

İtaliya A Seriyasında XX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, turun son matçında sürpriz nəticə qeydə alınıb. Sonuncu yerdə qərarlaşan “Montsa” doğma meydanda “Fiorentina”ya qalib gəldi.

“İnter”lə “Napoli” qələbə qazanıb. “Roma” isə “Bolonya”nın müqavimətini qıra bilməyib.

Baş tutan 4 qarşılaşmadan yalnız birində qalib müəyyənləşib. “Leççe” səfərdə qələbəyə sevinib. Qalan görüşlər bərabərliklə yekunlaşıb.

Turun ilk günündə bir qarşılaşma baş tutub. “Latsio” doğma meydanda “Komo” ilə bərabərə qalıb.

İtaliya A Seriyası

XX Tur

10 yanvar

Latsio – Komo 1:1

Qollar: B.Diya, 34 – P.Kutron, 72

11 yanvar

Empoli – Leççe 1:3

Qollar: L.Cacace, 47 – T.Morente, 6, N.Krstoviç, 11

Udineze – Atalanta 0:0

Torino – Yuventus 1:1

Qollar: N.Vlasiç, 45+1 – K.Yıldız, 8

Milan – Kalyari 1:1

Qollar: A.Morata, 51 – N.Zortea, 55

12 yanvar

Cenoa – Parma 1:0

Qol: M.Frendrap, 65

Venetsiya – İnter 0:1

Qol: M.Darmiyan, 16

Bolonya – Roma 2:2

Qollar: T.Dallinq, 61, L.Ferqusyon, 65 (pen.) – A.Salemakers, 58, A.Dovbik, 90+8 (pen.)

Napoli – Verona 2:0

Qollar: L.Montipo, 5, F.Anqiysa, 61

13 yanvar

Montsa – Fiorentina 2:1

Qollar: P.Kyurra, 44, D.Maldini, 63 – L.Beltran, 74 (pen.)