Zamiq oynadı, komandası qələbə qazandı

Albaniya çempionatında XXV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geydiyi “Eqnatiya” evdə “Partizani”ni qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

Matça start heyətində çıxan Zamiq sona qədər meydanda olub.

25 turdan sonra aktivində 48 xalı olan “Eqnatiya” turnir cədvəlində liderdir.