9 seyvin mükafatı

Çempionlar Liqasının pley-off mərhələsinin “Bavariya” – “Seltik” oyununun ən yaxşı futbolçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, şotlandların qolkiperi Kasper Şmeyxeldir.

Danimarkalı qapıçı komandasının 1:1 hesablı heç-heçə etdiyi görüşdə 9 seyv edib. “Bavariya” ilk oyunda 2:1 hesablı qələbə qazanıb və ümumi hesabda üstün olduğu üçün növbəti mərhələyə yüksəlib.