ÇL: İtalyanlar mübarizəni dayandırdı, “Bavariya” və “Benfika” növbəti mərhələdə

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verildi.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Milan” “Feyenoord”u qəbul etdi. Komandalar arasındakı birinci oyunda niderlandlılar qələbə qazanmışdı. Cavab matçının heç-heçə bitməsiylə italyanlar mübarizəni dayandırdı.

“Bavariya” Münhendə “Seltik”lə bərabərə qalaraq mərhələ adladı. “Atalanta” yenə də “Brügge”ylə bacramayaraq, mübarizəyə son verdi.

“Benfika” ilə “Monako” görüşündə isə 6 qol vuruldu, yoluna davam edən tərəf isə portuqaliyalılar oldu.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

18 fevral

21:45 Milan (İtaliya) – Feyenoord (Niderland) 1:1

Qollar: S.Ximenez, 1 – J.Karranza, 73

Qırmızı vərəqə: T.Hernandez, 51

İlk oyun 0:1

00:00 Atalanta (İtaliya) – Brügge (Belçika) 1:3

Qollar: A.Lukman, 46 – C.Talbi, 3, 27, F.Jutgla, 45+3

Qaçan penalti: A.Lukman, 61

Qırmızı vərəqə: R.Toloy, 87

İlk oyun 1:2

00:00 Bavariya (Almaniya) – Seltik (Şotlandiya) 1:1

Qollar: A.Deyvis, 9+4 – N.Kuhn, 63

İlk oyun 2:1

00:00 Benfika (Portuqaliya) – Monako (Fransa) 3:3

Qollar: K.Aktürkoğlu, 22, V.Pavlidis, 76 (pen.), O.Kökçü, 84 – T.Minamino, 32, Ben Şeqir, 51, G.İlenikhena, 81

İlk oyun 1:0