Vüsal oynadı, komandası uduzdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” Türkiyə kubokunda növbəti oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin komandası səfərdə “Eyüpspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Türkiyə Kuboku

I Tur

8 yanvar

Eyüpsor – Boluspor 1:0

Qol: A.Kutucu, 70